İşin təsviri
- Kran istismara buraxılarkən texniki müayinəsini təmin etmək;
- Kranın qurğularının və maşın hissələrinin iş rejimini təmin etmək;
- Sürtünmə ilə əlaqəli olan detalların sxem üzrə yağlanmasına nəzarət etmək;
- Kran texniki müayinədən keçərkən onun mexanizmlərinin, əyləclərinin, elektrik avadanlığın, təhlükəsiz cihazların və qurğuların işlək vəziyyətdə saxlanmasını təmin etmək;
- Dəmiryolu kran maşinisti tərəfindən verilən bütün tapşırıqları yerinə yetirmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.
Tələblər
- Müvafiq sahə üzrə peşə təhsili;
- Dəmir yol kranlarının idarə edilməsi üzrə müvafiq vəsiqə;
- Texniki təhlükəsizlik qaydalarını bilmək;
- Dəmiryolu kranın texniki xarakteristikasını və istismar üzrə qaydaları haqqında biliklər.