İşin təsviri
- Növbəyə başlayarkən alətlərin və inventarların saz vəziyyətdə olmasını yoxlayaraq onları təhvil-təslim etmək;
- Sahənin məntəqə və briqadaları üzrə gündəlik görülmüş işlər barədə məlumatın əldə etmək və bu məlumatların rəhbərliyə təqdim olunması məqsədilə stansiya növbətçiləri və yol ustaları ilə telefon əlaqəsi saxlamaq;
- Gündəlik görülən təmir işləri haqqında məlumat toplamaq, məlumatları analiz etmək və üst struktur quruma məlumat vermək;
- Yolda yaranan nasazlıqlar barədə stansiya növbətçilərindən aldığı məlumatları yol ustasına və rəhbərliyə məruzə etmək;
- Nasazlıqların aradan qaldırılması müddətini nəzarətdə saxlamaq;
- Məntəqələrdə və briqadalarda gündəlik görülən təmir işləri haqqında qeydlər aparmaq, rəhbərliyə və texniki istehsalat bölməsinə məlumat vermək;
- İş yerində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
Tələblər
- Təhsil səviyyəsi: Orta ixtisas (müvafiq sahə üzrə) ;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dəmir yollarının texniki istismar Qaydaları;
- Azərbaycan dəmir yollarının işarəvermə Təlimatı;
- Ümumi yanğın təhlükəsizliyi qaydalarına dair biliklər;
- Yol təsərrüfatı üzrə görülən təmir işləri və istifadə edilən materiallara dair biliklər;