Drezin maşinist köməkçisi

İşin təsviri

  • Hərəkətdə olan zaman hərəkətin təhlükəsiziliyini təmin etmək;
  • Drezinləri dəmir yolunun üstündə idarə etmək;
  • Drezinləri qaldırıcı və xüsusi mexanizmlərlə idarə etmək;
  • Dizel mühərrikinin və elektrik avandanlıqlarının normal rejimdə işləməsi, qüsurun aradan qaldırılmasını və ölçü götürülməsini təmin etmək;
  • Tutumlarda yanacağın olmasını, soyutmaya lazım olan mayenin olmasını yoxlamaq;
  • İşıqforun qadağanedici işarəsinə doğru hərəkət etdikdə ayaq üstə drezin sürücüsünün yanında dayanaraq işarənin göstərişini drezin sürücüsünə təkrar etmək;
  • Drezin sürücüsü drezini idarəetmək qabiliyyətini itirdikdə drezini saxlamaq, onun özbaşına hərəkətə gəlməməsinə qarşı müəyyən edilmiş qaydada bərkitmək;
  • Drezinə qulluq və texniki xidmət göstərmək üçün drezin sürücüsü tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
  • Mühərrikin elektrik və hidravlik avadanlığının, tormoz sisteminin, qidalanma sisteminin, işarə cihazlayırının, hərəkət hissələrinin, kran və qaldırıcı avadanlığın saz vəziyyətdə olmasını təmin etmək;
  • Kran və qaldırıcı avadanlığın idarə edilməsi, yüklərin və materialların yüklənməsi və boşaldılması, qaldırıcı avadanlıqların təmiri və sınağı, trosların və qoşquların saz olmasının yoxlamaq, öz işində kranların istismar qaydalarına riayət etmək;
  • Drezinlərin plan xəbərdarlıq təmiri işlərində iştirak etmək və drezinlərin əl və stasionar rabitə vasitələrinin istifadə qaydalarına riayət etmək;
  • Drezinlərin istismarı və təmirində texniki, elektrik, yanğın təhlükəsizliyi qaydasına riayət etmək;
  • ADY-nin “Texniki İstismar Qaydaları”nı, “Qatarların Hərəkəti və Manevr İşinə dair Təlimat”ı, “İşarəvermə Təlimatı”nı və digər əmrlərin, göstərişlərin, hüquqi aktların tələblərini bilmək və onlara dəqiq əməl etmək;
  • Maşinist drezini idarəetmə qabiliyyətini qəflətən itirərsə, drezini dayandırmaq, drezinin özbaşına getməsinin qarşısını almaq məqsədilə drezini müəyyən edilmiş qaydada başmaqlamaq və bu barədə radiorabitə vasitəsilə yaxınlıqdakı qatarın maşinistinə, qatar dispetçerinə və yaxud stansiya növbətçisinə məlumat vermək;
  • İşıqforun qadağan edici göstəricisinə yaxınlaşarkən, siqnalın göstəricisi və tormoz magistralındakı sıxılmış havanın miqdarı barədə maşinistə məlumat vermək və maşinist tərəfindən heç bir hərəkət olmadıqda qadağan edici siqnalı keçmənin qarşısını almaq məqsədilə drezinin dayandırılması üçün tədbirlər görmək.

Tələblər

Maşinist köməkçisi vəsiqəsi;

Azərbaycan dəmir yollarının işarəvermə Təlimatı;

Əməyin mühafizəsi qaydaları;

Texniki təhlükəsizlik üzrə texniki qaydaları;

Yanğından mühafizə norma və qaydaları;

Qatarların hərəkəti və manevrə üzrə iş təlimatı;

Drezinin texniki xarakteristikasını və istismar üzrə qaydaları.