Məzmuna keçin
Azərbaycan Dəmir Yolları yerləşdirilib

Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Gərginliyi 10 kv-a qədər olan elektrik maşın və aparatları sökmək, yığmaq, qurmaq və mərkəzləşdirmək;

Elektrik aparatları və elektrik cihazları altında qrup lövhələrini və metalkonstruksiyaları hazırlamaq və quraşdırmaq;

Lüminessensiyalı işıqlandırmanın mürəkkəb olmayan sxemlərini montaj və təmir etmək;

Gərginliyi 10 kV-a qədər olan kabelləri açmaq, hazırlamaq, fazalamaq və çəkmək;

Diyircəkli yastıqları dəyişdirmək;

Partlayış təhlükəsinə qarşı armaturu təmir etmək, sazlamaq və qurmaq;

Güc və işıqlandırıcı elektrik xətlərini çertyoj üzrə ölçmək;

Elektrik xətlərinin çəkilməsi üçün dayaqları möhkəmləndirmək;

İzolə sinfin 10 kv-a qədər olan yağ və ölçü, soba və qaynaq transformatorlarını tam təmir etmək;

Elektrik cihazları, elektromaqnit və elektrodinamik sistemlərin sökülməsi, təmiri, yağlanması və təmizlənməsi işlərini aparmaq;

Daha yüksək ixtisaslı elektrik quraşdırıcısının rəhbərliyi altında mürəkkəb çilingər-yağlama işlərini yerinə yetirmək;

Gərginliyi 2500 V-dan yuxarı olan transformator sarğılarını, daxil olan və çıxan kabelləri yoxlamaq və müqavimətini ölçmək;

Hündürlüyü 9 m-dən yuxarı olan dayaqları dəyişdirmək və qurmaq, həmçinin də onları izolyatorlarla təchiz etmək;

Açıq və qapalı məkanda iş;

Gündəlik iş rejimi.

Tələblər

  • Təhsil: müvafiq sahə üzrə peşə təhsili
  • Elektrotexnikanın əsasları
  • Müxtəlif elektrik materiallarının növləri, onların xüsusiyyəti və təyinatı
  • İşəsalıcı, tənzimləyici və nəzarətedicilərin quruluşu və təyinatına dair biliklər
  • Meqometrlə izolyasiya sınağının qayda və normalarına dair biliklər
  • Calaq və qaynaq edilməsi üsulları
  • Elektrik maşını, aparat və cihazların qəbulu, təmiri və quraşdırılması qayda və üsulları

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →