İşin təsviri
- Gündəlik iş rejimi: 08:00-17:00
- Sahənin Nəzarət-sınaq məntəqəsinin (NSM) qurğularını nəzəri və əməli baxımdan bilmək.
- Qurğuları saz vəziyyətdə saxlamaq və onlara xidmət göstərilməsini bacarmaq.
- Təmir-quraşdırma işlərini, qurğuların tənzimlənməsi, quraşdırılması və elektrik ölçmə işlərini bilmək.
- Rele və bloklarını saz vəziyyətdə saxlamaq.
- İstismar müddəti bitmiş və ya kənar şəxslər tərəfindən zədələnmiş avadanlıqları yenisi ilə əvəz etmək.
- Təmir işlərini təlimat və qaydalara uyğun həyata keçirmək.
- Müəyyən olunmuş texnoloji proses cədvəli üzrə nəzarət-sınaq qurğularına texniki xidmət göstərmək.
- Qurğuların düzgün və fasiləsiz işini təmin etməklə elektrik montyorları tərəfindən yerinə yetirilən işlərə nəzarət etmək.
- İşlərin icrası zamanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl etməklə qatarların təhlükəsiz hərəkətini təmin etmək.
- NSM qurğularının nasazlığını dərhal təmir etmək, ölçmə cihazları ilə blok və relelərdə nasazlığı təyin etmək.
- Nasazlığın səbəblərini və aradan qaldırılma vaxtını göstərməklə “Baxış jurnalı”nda müvafiq qeyd aparmaq.
- Dispetçer məntəqəsi, İMB böyük elektrik mexanikləri və elektrik mexanikləri ilə sıx təmasda olmaq.
Tələblər
- Təhsil: orta ixtisas (müvafiq sahə üzrə);
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il;
- Nəzarət-sınaq məntəqəsində olan qurğu və avadanlıqların quruluşunu, şərtlərini və sxemlərini bilmək;
- NSM qurğularına aid təsdiq edilmiş texniki xidmət təlimatlarını bilmək;
- Dəmir yolu nəqliyyatının elektrikləşdirilmiş xətlərində işçilərin təhlükəsizlik qaydalarını bilmək;
- NSM üzrə elektrik mexanikləri üçün nəzərdə tutulmuş təlimatı və İMB qurğularının istismarına aid qüvvədə olan bütün digər təlimatları bilmək;
- Peşəkar ehtiyatlılıq;
- Məlumatların idarə edilməsi;
- Diqqətlilik;
- Problem həll etmə.