İşin təsviri
- Dartı yarımstansiyadan qidalanan bütün istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təminatına nəzarət etmək;
- Növbətçiliyi elektrikləşdirilmiş dəmir yollarının dartı yarımstansiyalarının təlimatına əsasən aparmaq;
- Təmir personalı üçün iş yerini hazırlamaq və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Müəyyən edilmiş formalar üzrə operativ uçot və hesabat aparmaq;
- Enerji dispetçeri ilə daima əlaqə saxlamaq;
- Dartı yarımstansiyalarda avadanlıqların normal iş rejimindən kənarlaşmaları barədə enerji dispetçerinə məlumat vermək;
- Sxemdəki bütün dəyişikliklərlə bağlı çevirmələri enerji dispetçerinin əmri ilə operativ jurnalda qeyd etməklə aparmaq;
- Növbə zamanı bir dəfədən az olmayaraq dartı yarımstansiyanın bütün avadanlıqlarının xarici yoxlanışını həyata keçirmək;
- Hər bir hadisə zamanı dərhal enerji dispetçerinə məlumat vermək;
- Xüsusi sərfiyyat transformatorundan istifadə olunan elektrik enerjisinə israfçılıq etməmək;
- Mütəmadi olaraq enerji dispetçeri ilə əlaqə saxlayıb yarımstansiyanın ərazisinə baxış keçirmək;
- Qısa qapanmadan açılan açarları enerji dispetçerinin əmri olmadan qoşmamaq.
Tələblər
- Müvafiq sahə üzrə orta ixtisas təhsili;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dartı yarımstansiyada avadanlıqların quruluşunu və bir xətli sxeminə, avtomatikanın sxeminə dair biliklər;
- Diqqətlilik, yüksək kommunikasiya, məlumatların idarə edilməsi bacarıqları.