İşin təsviri
- Qaynaq olunacaq materialların, boruların və detalların ölçülərini müəyyən etmək və qaynaq üçün hazırlamaq;
- Qaynaq avadanlıqlarının və elektrik xəttlərinin sazlığını yoxlamaq, onları istismara hazırlamaq;
- Metalların xüsusiyyətlərinə uyğun elektrod və cərəyan şiddətini seçmək;
- 5 günlük iş rejimi.
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə peşə təhsili;
- İş təcrübəsi: ən az 1 il;
- Müxtəlif metal tərkibləri və qalınlıqları ilə işləmək bacarığı;
- Qaynaq avadanlıqlarının, xüsusilə elektrik qaynaq aparatlarının istismarı;
- Elektrodun marka və tipləri üzrə biliklər;
- Qaynaq tikişlərində qüsur növləri, onların qarşısını alma və ləğv etmə metodları üzrə biliklər;
- Sökmə, quraşdırma işləri üzrə praktiki biliklər.