İşin təsviri
- Qaynaq işlərinə müvafiq olaraq iş yerini hazırlamaq üçün yoxlamaq, yanğın təhlükəli materialların olmadığına əmin olmaq;
- Xammalın, materialın, yanacağın, enerjinin səmərəli istifadəsini təmin etmək;
- Qaynaq ediləcək və ya kəsiləcək detal və ya konstruksiyanın möhkəmliyini yoxlamaq;
- Qaynaq ediləcək materialın xüsusiyyətinə görə elektrodu, qaynaq növünü, istilik dərəcəsini seçmək;
- Təzyiq altında olan qaz balonları ilə davranma qaydalarına riayət etmək;
- İşin sonunda iş yerində səliqə yaratmaq, qaz balonunu, şlanq və digər avadanlıqları yerlərinə qoymaq, yanğın təhlükəsi olmadığına əmin olmaq;
- Növbəli iş qrafiki.
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə peşə təhsili;
- İş təcrübəsi: ən az 1 il;
Bilməlidir:
- Qaz qaynaqçıları (qazkəsicilər) üçün əməyin mühafizəsi üzrə standart təlimatı;
- İşə hazırlıq, iş görülən zaman, işin sonunda və qəza hallarında təhlükəsizlik;
- Texniki təhlükəsizlik qaydarı, əməyin mühafizəsi, yanğından mühafizə, istehsalat sannitariya və gigiyenası, xəsarət alana ilkin yardım;
- Sahədəki çənlərin, məhsulların, estakada və qurğuların yanğın təhlükəsizlik dərəcəsi haqqında.