Elektrik qaz qaynaqçısı-kəsici (Ələt liman sahəsi)

İşin təsviri

  • Bütün metal şərtlərindəki çat və yarıqların əllə işləyən elektrik qaynaq aparatı ilə qaynaq etmək;
  • Əllə işləyən elektrik qaynaq aparatı ilə bütün növ boruların, yüksək karbonlu polad hissələrin və mürəkkəb konstruksiyalı polad, rəngli metal və xəlitələrin müxtəlif vəziyyətlərdə qaynaq etmək;
  • Maşın və qurğuların, mexanizmlərin, vaqon hissələrinin defektli hissələrini bərpa etmək;
  • Əritmə yolu ilə vaqon hissələrinin yeyilmiş hissələrinin doldurulması və qaynaq ediləcək metal konstruksiyaların mürəkkəb çertyojunu oxumaq;
  • Vaqon çənlərinin əllə qazla kəsən maşınla kəsilməsi, bəzi metallarda olan çatların qaynaq üçün çürüntülərdən təmizləmək.

Tələblər

  • Müvafiq sahə üzrə peşə təhsili;
  • Növbəli iş rejimi;
  • Müxtəlif növ əllə işləyən elektrik qaynaq aparatlarının işləmə və qulluq qaydalarını;
  • Qaynaq tikişlərində yaranan qüsurların növlərini, onların qarşısının alınması və aradan qaldırılması üsullarını, həmçinin metalların qaynağı üzrə əsas biliklər;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;
  • Məsuliyyətlilik, keyfiyyət yönümlülük, intizamlılıq.