Elektrik sahəsi üzrə aparıcı mühəndis (Bakı Limanı)

2 Oktyabr 2026

İşin təsviri

  • Elektrik avadanlıqlarının (transformatorlar, paylayıcı şkaflar, generatorlar, işıqlandırma və s.) illik və aylıq texniki xidmət və təmir planlarını hazırlamaq;
  • Təmir resurslarının (material, avadanlıq, işçi qüvvəsi) planlanmasını həyata keçirmək;
  • Elektrik sistemlərinə dair texniki sənədləri, layihə sxemlərini hazırlamaq və normativlərə uyğunluğunu təmin etmək;
  • Elektrik işinin təşkili zamanı qanunvericilik tələblərinə, normativ-texniki sənədlərə (IEC, ISO, AzTS və s.), o cümlədən istehsalçı tələblərinə uyğunluğun planlaşdırılması, yerinə yetirilməsi və nəzarətini həyata keçirmək;
  • Elektrik qəzalarının və avadanlıqların sıradan çıxmalarının qarşısının alınması məqsədilə risk analizi aparmaq;
  • Yeni elektrik sistemlərinin tətbiqinə dair texniki təkliflər irəli sürmək və bu təkliflər əsasında ilkin planlama işlərini həyata keçirmək;
  • Avadanlıq modernizasiyası və enerji səmərəliliyi üzrə layihələrdə iştirak etmək;
  • Avtomatlaşdırılmış monitorinq sistemlərinin tətbiqi üçün texniki təhlil və planlama işlərini həyata keçirmək.

Tələblər

Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə ali (Elektrik mühəndisliyi, elektroenergetika və ya müvafiq texniki ixtisas sahələri üzrə)

Təcrübə: Müvafiq istiqamət üzrə 3 il

Bilməlidir:

  • Aşağı, orta və yüksək gərginlikli elektrik sistemləri haqqında biliklər;
  • Elektrik sxemləri və avadanlıqlarının texniki xüsusiyyətləri və tətbiq sahələrinə dair biliklər;
  • Yük hesablamaları, kabel seçimi, qoruma sistemlərinə dair biliklər;
  • SCADA, PLC kimi avtomatlaşdırma sistemlərinin əsasları;
  • Generatorlar, UPS, transformatorlar sistemləri və onların tətbiqinə dair bilik və bacarıqlar;
  • Dövlət standartları, texniki normativlər, beynəlxalq və yerli standartları bilmək.

Bacarıqlar və şəxsi keyfiyyətlər:

  • Planlaşdırma;
  • Nəticəyönümlülük;
  • Risklərin idarə edilməsi;
  • Analitik düşüncə.