İşin təsviri
- Bütün növ gəmi əməliyyatlarını və müvafiq sənədləşməni həyata keçirmək, aidiyyəti şəxslərlə əlaqəni təmin etmək;
- Yükaşırma əməliyyatları zamanı iş sahələrinin xəbərdaredici nişanlarla təmin olunmasına nəzarət etmək;
- Tərəzidə çəkilən nəqliyyat vasitələrinə nəzarət etmək və sənədləşdirmək;
- Bütün növ nəqliyyat vasitələrindən işlənən yüklərin lazımi yük sənədlərinin hazırlanmasında iştirak etmək;
- Yüklərin təhvil-təslim zamanı məlumat vərəqlərini hazırlamaq və təqdim etmək;
- Yükləri anbara qəbul etmək, yola salmaq və qalıq yüklərin uçotunu aparmaq;
- Limana daxil olan və çıxan yükdaşıyan nəqliyyat vasitələrini qeydiyyata almaq və yerləşdirmək.
Tələblər
Təhsil səviyyəsi: Ali təhsil (logistika, nəqliyyat, riyaziyyat, iqtisadiyyat və ya digər müvafiq ixtisaslar üzrə təhsil arzuolunandır).
Bilməlidir:
- Əməyin təhlükəsizliyi qaydalarını;
- Yükaşırma işlərinin təşkili qaydalarını;
- Texniki istismar qaydalarını;
- Yanğından mühafizənin norma və qaydalarını.
Bacarıqlar və şəxsi keyfiyyətlər:
- Məlumatların idarə edilməsi;
- Detallara diqqətlilik;
- Effektiv ünsiyyət bacarığı.