İşin təsviri
- İş rejimi: 5 günlük iş həftəsi 09:00-18:00
- Əmək şəraiti: açıq və qapalı məkan
- ADY-nin struktur qurumlarında ətraf mühitin mühafizəsinə daimi nəzarət etmək;
- Ətraf mühit üzrə normativ sənədlərin və təlimatların icrasına nəzarət və aidiyyəti şəxslərə tövsiyələr vermək;
- Rəsmi statistik hesabatların hazırlanması və təhlilini təmin etmək;
- Ətraf mühit üzrə illik və perspektiv planların hazırlanmasına və icrasına nəzarət etmək;
- Yaşıllıqların inventarizasiyası və siyahıya alınmasını təşkil etmək;
- Müvafiq yoxlamalar aparmaq, nöqsanların aradan qaldırılması üzrə göstərişlər vermək;
- Aylıq ekoloji inspeksiyaların keçirilməsinə və hesabatların təqdiminə nəzarət etmək;
- Ekoloji normativ sənədlərin hazırlanmasını və təsdiqini təmin etmək;
- Ətraf mühit üzrə daxili təlimatların yerinə yetirilməsinə nəzarət etmək;
- Uyğunsuzluqlar aşkarlandıqda rəhbərliyə məruzə etmək;
- Ekoloji ödənişlərin hesablanması və həyata keçirilməsini təmin etmək;
- ADY-nin imic və maraqlarını qorumaq;
- Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
- ADY daxili və xarici ezamiyyələr.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə)
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il
- Sahə üzrə yerli və beynəlxalq sertifikat (üstünlükdür)
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər
- Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
- Ekoloji normativ sənədlərin hazırlanması üzrə biliklər
- Ətraf mühitin mühafizasi sahəsində statistik hesabatların hazırlanması bacarığı
- Tullantıların idarə olunması sistemi üzrə biliklər
- Xarici dil: İngilis/Rus dili – yaxşı;
- MS Office – yaxşı;
- Planlaşdırma bacarığı;
- Məlumatların idarə edilməsi bacarığı.