İqtisadçı (Bakı Limanı)

İşin təsviri

  • Fəaliyyət məqsədlərinə uyğun olaraq müəyyən olunmuş günlük, aylıq, illik və digər hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • Yükaşırma, gəlir və mənfəətin terminallar üzrə təhlil edilməsində iştirak etmək;
  • Nəqliyyat marşrutlarının və dəhlizlərinin ilkin təhlilinin aparılmasında iştirak etmək;
  • İdarəetmə və operativ uçotun təşkilini həyata keçirmək;
  • Aylıq əməliyyat məlumatlarını toplamaq və işləmək, verilənlər bazalarını yaratmaq, böyük həcmli məlumatları təhlil etmək və daxili və xarici tərəfdaşlar üçün aydın analitik hesabatlar hazırlamaq;
  • Bazar trendlərini təhlil etmək və statistik üsullardan istifadə etməklə yük dövriyyəsi həcmlərini, gəmilərin giriş-çıxışlarını və yük növlərini proqnozlaşdırmaq.

Tələblər

Təhsil səviyyəsi: Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika, menecment və ya digər müvafiq ixtisaslar üzrə təhsil arzuolunandır).

Bilməlidir:

İqtisadi təhlil, məlumat bazaları ilə işləmə və statistik məlumatların emalı sahəsində nəzəri və praktiki biliklər.

Bacarıqlar və şəxsi keyfiyyətlər:

  • Analitik düşüncə
  • Pronozlaşdırma
  • Təşəbbüskarlıq
  • Planlaşdırma