İşarəvermə və rabitə üzrə elektrik montyoru (Ucar)

İşin təsviri

  • Xidmət göstərdiyi qurğuları bilmək, çilingərlik, dəmirçilik və quraşdırma işlərini bacarmaq;
  • Öz biliklərini müntəzəm sürərdə artırmaq və iş üsullarını təkmilləşdirmək, qurğulara xidmət göstərilməsinin qabaqcıl üsullarını öyrənmək və tətbiq etmək;
  • Müəyyən olunmuş texnoloji proses cədvəli üzrə İMB qurğularına texniki xidmət göstərilməsi işlərini yerinə yetirmək;
  • Xidmət göstərdiyi sahənin hüdudlarında xüsusi briqadalar və ya tikinti təşkilatları tərəfindən təmir və yaxud tikinti-quraşdırma işlərinin icrası zamanı işlərin müəyyən olunmuş qaydada yerinə yetirilməsinə nəzarət etmək;
  • Xidmət göstərdiyi qurğuların qış şəraitində işləməsi üçün onları vaxtlı-vaxtında və keyfiyyətlə hazırlamaq;
  • Müəyyən olunmuş texnoloji proses cədvəli üzrə İMB qurğularına texniki xidmət göstərilməsi işlərini yerinə yetirmək;
  • İstehsalat işində gördüyü işə uyğun olan əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası qaydalarına riayət etmək.

Tələblər

  • Müvafiq sahə üzrə peşə ixtisas təhsili;
  • İMB sahəsində olan qurğu və avadanlıqların quruluşunu, şərtləri və sxemləri barədə məlumatlı olmaq;
  • İMB qurğuların təsdiq edilmiş texniki xidmət təlimatları haqqında məlumatlı olmaq.