İşin təsviri
- Sahənin qurğularını saz vəziyyətdə saxlamaq, habelə onlara xidmət göstərmək, qurğuların təmir, quraşdırma, tənzimləmə və elektrik ölçmə işlərini aparmaq;
- Kabel təsərrüfatını saz vəziyyətdə saxlamaq, istismar vaxtı keçmiş və ya zədələnmiş kabelləri yenisi ilə əvəz etmək, kabelləşmə işini təlimata və qaydalara uyğun həyata keçirmək;
- Müəyyən olunmuş texnoloji proses cədvəli üzrə qurğulara texniki xidmət göstərilməsi işlərini yerinə yetirmək, habelə qurğuların düzgün və fasiləsiz işini təmin etməklə, elektrik montyorları tərəfindən yerinə yetirilən işlərə nəzarət etmək;
- İşlər yerinə yetirilərkən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə əməl olunmaqla qatarların təhlükəsiz hərəkətini təmin etmək;
- Qurğuların nasazlığı haqqında bildiriş alan kimi, qəza alətlərini və ölçmə cihazlarını götürməklə, nasazlıq olan yerə qısa müddət ərzində gettmək. Nasazlığı aradan qaldıran kimi həmin nasazlığın səbəblərini və aradan qaldırılması vaxtını göstərməklə, “Baxış jurnalı”nda müvafiq qeydlər aparmaq;
- Stansiya növbətçiləri ilə sıx təmasda olub, pult-tablonu nəzarətdə saxlamaq, lampaların dəyişdirilməsini və düymələrin tənzimlənməsini həyata keçirmək;
- Öz sahəsinin qurğularının qış şəraitində işə hazırlığını vaxtlı-vaxtında yoxlamaq və təmin etmək;
- Xidmət göstərdiyi sahənin hüdudlarında xüsusi briqadalar, yaxud təşkilatlar tərəfindən təmir, tikinti-quraşdırma işlərinin icrası zamanı işlərin müəyyən olunmuş qaydada yerinə yetirilməsinə nəzarət etmək.
Tələblər
- Müvafiq sahə üzrə orta ixtisas təhsili;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Nəticə yönümlülük, problem həll etmə, diqqətlilik, məlumatların idarə edilməsi bacarıqları.