İstedadların idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

İşin təsviri

  • Xidməti fəaliyyətin idarə edilməsi prosesini (hədəflərin müəyyən edilməsi, monitorinqi, qiymətləndirilməsi, nəticələrin idarə olunması, əməkdaşların təlimatlandırılması) həyata keçirmək;
  • Davamçı planlaşdırılması prosesini fəaliyyət planına uyğun olaraq icra etmək;
  • Təlim və inkişaf mərkəzi ilə sıx əməkdaşlıq edərək davamçıların fərdi inkişaf proqramlarını hazırlamaq və icrasına nəzarət etmək;
  • Karyera planlaşdırılması prosesini fəaliyyət planına uyğun olaraq həyata keçirmək;
  • İşçilərin attestasiyası prosesini təşkil etmək, müvafiq təhlillər aparmaq və nəticələrin icrasını təmin etmək;
  • İstedadların idarə edilməsi üzrə layihələrdə iştirak etmək və fəaliyyət planlarını koordinasiya etmək;
  • Başqa işə keçirilmə əməliyyatlarını təhlil etmək və müvafiq qaydalara uyğun icra etmək;
  • İstedadların idarə edilməsi istiqamətində təlimat və qaydaların hazırlanması prosesinə dəstək göstərmək;
  • ADY-nin aparatının struktur bölmələrinə və strukturuna daxil olan qurumlarda fəaliyyət göstərən insan resursları xidmətlərinin işinə funksional dəstək olmaq;
  • Müvafiq olaraq hesabat və təqdimatlar hazırlamaq.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsilin olması üstünlükdür);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il;
  • Yaxşı səviyyədə ingilis dili biliyi; rus dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: MS Office (sərbəst);
  • Şöbənin fəaliyyəti ilə əlaqədar dövri olaraq regionlara ezamiyyətə getmək;
  • Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə dair biliklər;
  • İnsan resursları sahəsində beynəlxalq sertifikatların olması üstünlükdür;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
  • Təşəbbüskarlıq, nəticə yönümlülük, səlis kommunikasiya, təqdimat, analitik düşünmə və araşdırma bacarığı.