İşin təsviri
· Xidməti fəaliyyətin idarə edilməsi prosesini (hədəflərin müəyyən edilməsi, monitorinqi, qiymətləndirilməsi, nəticələrin idarə olunması, əməkdaşların təlimatlandırılması və prosesin icrasına dəstək göstərilməsi) həyata keçirmək;
· Davamçı planlaşdırılması prosesinin fəaliyyət planına uyğun olaraq icra olunmasında dəstək göstərmək;
· İşçilərin attestasiyası prosesini təşkil etmək, müvafiq təhlillər aparmaq və nəticələrin icrasını təmin etmək;
· İstedadların idarə edilməsi üzrə layihələrin icra olunması prosesində iştirak etmək;
· Karyera planlaşdırılması prosesinin fəaliyyət planına uyğun olaraq həyata keçirilməsində dəstək göstərmək;
· Başqa işə keçirilmə əməliyyatlarını təhlil etmək və müvafiq qaydalara uyğun icra etmək;
· Müvafiq olaraq hesabat və təqdimatlar hazırlamaq.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Yaxşı səviyyədə ingilis dili biliyi;
- Kompüter bilikləri: MS Office (sərbəst);
- Şöbənin fəaliyyəti ilə əlaqədar dövri olaraq regionlara ezamiyyətə getmək;
- Təşəbbüskarlıq, nəticə yönümlülük, səlis kommunikasiya, təqdimat, analitik düşünmə və araşdırma bacarığı.