İşin təsviri
- Xidməti fəaliyyətin idarə edilməsi prosesini (hədəflərin müəyyən edilməsi, monitorinqi, qiymətləndirilməsi, nəticələrin idarə olunması, əməkdaşların təlimatlandırılması) həyata keçirmək;
- Davamçı planlaşdırılması prosesini fəaliyyət planına uyğun olaraq icra etmək;
- Təlim və inkişaf mərkəzi ilə sıx əməkdaşlıq edərək davamçıların fərdi inkişaf proqramlarını hazırlamaq və icrasına nəzarət etmək;
- Karyera planlaşdırılması prosesini fəaliyyət planına uyğun olaraq həyata keçirmək;
- İşçilərin attestasiyası prosesini təşkil etmək, müvafiq təhlillər aparmaq və nəticələrin icrasını təmin etmək;
- İstedadların idarə edilməsi üzrə layihələrdə iştirak etmək və fəaliyyət planlarını koordinasiya etmək;
- Başqa işə keçirilmə əməliyyatlarını təhlil etmək və müvafiq qaydalara uyğun icra etmək;
- İstedadların idarə edilməsi istiqamətində təlimat və qaydaların hazırlanması prosesinə dəstək göstərmək;
- ADY-nin aparatının struktur bölmələrinə və strukturuna daxil olan qurumlarda fəaliyyət göstərən insan resursları xidmətlərinin işinə funksional dəstək olmaq;
- Müvafiq olaraq hesabat və təqdimatlar hazırlamaq.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
- Yaxşı səviyyədə ingilis dili biliyi;
- MS Office proqramlarında sərbəst istifadə bacarığı;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq müntəzəm region ezamiyyətlərində iştirak etmək imkanı;
- İnsan resurslarının idarə edilməsi sahəsində beynəlxalq sertifikatların olması üstünlükdür;
- Təşəbbüskarlıq, nəticəyönümlülük, effektiv kommunikasiya və təqdimat, analitik düşünmə və araşdırma bacarıqları.