Keyfiyyət təminatı üzrə aparıcı mütəxəssis (Bakı Limanı)

İşin təsviri

  • Daxili sənədlərin qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılması, proses xəritələrinin hazırlanması;
  • İnteqrasiya edilmiş İdarəetmə Sisteminin (İMS) ISO 9001, ISO 14001, ISO 45001 standartlarına uyğun tətbiqini və müvafiq sənədləşməni təmin etmək;
  • İMS üzrə audit və monitorinqlərin planlaşdırılması, həyata keçirilməsi və nəticələrin sənədləşdirilməsi;
  • Audit və monitorinq nəticələri üzrə düzəldici tədbirlərin müəyyən edilməsi, icrasına nəzarət və nəticələrin sənədləşdirilməsi;
  • İMS prosesləri üzrə KPI-lərin müəyyənedilməsi, monitorinqi, təhlili və hesabatlaşdırılması;
  • İMS sənədlərinin aktuallığının təminedilməsi, proseslərin təhlili və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsi;
  • İMS üzrə kənar auditlərin təşkili, audit sənədlərininhazırlanması və auditorlarla koordinasiyanın təmin edilməsi.

Tələblər

  • ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018 beynəlxalqstandartları üzrə biliklər;
  • Daxili auditlərin planlaşdırılması, keçirilməsi və hesabatlandırılması üzrə biliklər;
  • İMS tətbiqi və idarə olunması üzrə biliklər;
  • Proseslərin təhlili, KPI-lərin müəyyən edilməsi və performans nəticələrinin qiymətləndirilməsi bacarığı;
  • İMS sənədlərinin (prosedur, təlimat, qayda və digər normativ sənədlər) hazırlanması və idarə olunması bacarığı;
  • Hesabatların hazırlanması, məlumatların təhlili və sənədləşdirmə bacarığı;
  • Güclü analitik düşüncə, kommunikasiya və koordinasiya bacarığı;
  • MS Excel, MS Word, Microsoft Office, PowerPoint və diaqram/proses xəritələrinin hazırlanması üçün müvafiq proqramlardan yüksəksəviyyədə istifadə bacarığı;
  • Azərbaycan dili – mükəmməl, İngilis dili – yaxşı.