İşin təsviri
Təsvir
- İSO 9001 standartının müəssisə daxilində tətbiqinin təşkili və izlənməsi.
- İSO 9001-in tələblərinə uyğun proseslərin müəyyən edilməsi, təhlil edilməsi və tətbiqinə dəstək verilməsi;
- Müəssisənin daxili prosedurlarına uyğun normativ sənədlərin hazırlanmasında iştirak etmək;
- Hazırlanmalı olan sənədlərin İSO 9001 standartı və yerli qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy vermək;
- Yeni normativ sənədlərin tərtibi zamanı İSO 9001 standartına uyğunluğun təmin edilməsi;
- ISO 9001 standartına əsasən daxili auditdə iştirak etmək;
- Müəssisə daxili sənədlərin idarə edilməsi, redaksiyalara nəzarətin təmin edilməsi və aktuallığın qorunması;
- Normativ sənədlərin qeydiyyatı, saxlanması və arxivləşdirilməsinin nəzarət altına alınması.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
- Xarici dil: Azərbaycan dili (orfoqrafiya qaydaları üzrə biliklər mütləqdir) – sərbəst , İngilis və rus dili- arzu olunandır;
- Müəssisə daxili sənədlərin hazırlanmasında təcrübənin olması;
- Proseslərin vizuallaşdırılması alətlərindən istifadə üzrə bacarıq;
- İSO 9001 standartının prinsipləri və tələbləri barədə dərin biliklər;
- Daxili auditlərin keçirilməsində təcrübənin olması;
- Biznes proseslərin təhlili, proseslər üzrə təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və təkliflərinin hazırlanması bacarığı;
- Müxtəlif departamentlərlə effektiv kommunikasiya qurma bacarığı;
- Keyfiyyətin idarəolunması sahəsində qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin idarə olunması üzrə biliklər;
- İSO 9001:2015 Keyfiyyət idarəetmə standartı üzrə sertifikatın olması arzuolunandır;
- İstehsalat və xidmət sahələrində təcrübə arzuolunandır.