İşin təsviri
- Konteyner daşımaları üçün müştəri tərəfindən göndərilən sorğuları operativ və tam cavablandırmaq;
- Dəmiryolu əsaslı və multimodal daşımalar üzrə marşruta uyğun operativ və tam məlumatın, daşıma tariflərinin tərəfdaş şirkətlərdən yığmaq, yük daşınmaları üzrə qiyməti formalaşdırmaq və müştəriyə təqdim etmək;
- İdxal-ixrac, tranzit və daxili daşınmalar üçün tarifləri hesablamaq;
- Yük daşımaları üzrə yeni əmrlər, güzəştlər barədə məlumatlı olmaq, tətbiqini bilavasitə həyata keçirmək; Sifarişləri cəmiyyətin daxili proqram təminatında işlənmək;
- Cari konteyner daşımaları üzrə dövri hesabatlar hazırlamaq;
- Konteyner daşımaları üzrə qəbul olunmuş satış siyasətinə, tariflərin hesablama qaydalarına riayət etmək;
- Cəmiyyətin daxili və xarici əlaqələrinin qurulmasında, müştərilərlə və tərəfdaş şirkətlərlə görüşlərdə iştirak etmək;
- Müştərilərlə birbaşa ünsiyyətdə olan digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək;
- Öz səlahiyyətinə aid olan məsələlərlə əlaqədar cəmiyyətin daxili struktur bölmələrinə, onların əlaqədar sorğularına cavab vermək.
Tələblər
- Təhsil pilləsi: Müvafiq sahə üzrə ali təhsil;
- Satış texnikaları sahəsi üzrə yazılı və şifahi ünsiyyətə dair biliklər;
- Marketinq kommunikasiyaları üzrə biliklər;
- Bazar iqtisadiyyatının əsasları;
- İNCOTERMS qaydaları;
- Logistika üzrə biliklər;
- Yazılı ünsiyyət;
- Planlaşdırma və əlaqələndirmə;
- Analitik düşüncə;
- Vaxtın effektiv idarə edilməsi;
- Diqqətlilik.