İşin təsviri
- Müxtəlif növ yüklərin yükləmə, boşaltma, yerdəyişmə və nəql etdirilməsi üzrə işləri yerinə yetirmək;
- İşin xarakterinə uyğun verilən tapşırıqları yerinə yetirmək;
- Kranın yükqaldırma vasitələrinin, əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlamaq;
- Kranda aşkar olunmuş nöqsanların aradan qaldırılmasında iştirak etmək;
- İşdən əvvəl kranın bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlamaq;
- Avadanlıqların nizamlama və təmir işlərində iştirak etmək;
- İşin sonunda iş yerini səliqəyə salmaq və yeni növbəni sahədə baş verənlərlə tanış etmək;
- İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
- Texnoloji rejim normalarına, texnoloji reqlament və istehsalat normalarına ciddi riayət etmək;
- İş rəhbərinin istehsalata aid bütün göstərişlərini yerinə yetirmək;
- Yüklərin təhlükəsiz daşınmasını və səliqəli yığılmasını yerinə yetirmək.
Tələblər
- Müvafiq sahə üzrə peşə təhsili;
- Minimum 1 il iş təcrübəsi;
- Kranın idarə edilməsi üçün sertifikat;
- Kranın idarə edilməsi üçün vəsiqə.