İşin təsviri
- Biznes və korporativ sistemlər üzrə layihələrin məqsədini, əhatə dairəsini, vaxt qrafikini, resurs və büdcə planını hazırlamaq
- Biznes tələblərinin toplanmasını, təhlilini, prioritetləşdirilməsini və təsdiqini maraqlı tərəflərlə əlaqələndirmək
- Layihələrin vaxtında, təsdiq edilmiş əhatə dairəsi, büdcə və keyfiyyət tələbləri çərçivəsində icrasını təmin etmək
- Layihənin icrası üçün zəruri olan bütün daxili struktur vahidlər (biznes, maliyyə, hüquq, satış, İT, informasiya təhlükəsizliyi, şəbəkə və digər müvafiq bölmələr) və xarici tərəflər (təchizatçılar, auditorlar) arasında fəaliyyətin əlaqələndirilməsini təmin etmək;Həllərin texniki mümkünlüyünün, mövcud arxitekturaya uyğunluğunun, inteqrasiya və məlumat mübadiləsi tələblərinin qiymətləndirilməsini təmin etmək
- Layihə planını, mərhələləri, asılılıqları, resursları və icra göstəricilərini müvafiq alətlərdə izləmək və aktual saxlamaq
- Riskləri, problemləri və asılılıqları müəyyən etmək, cavab tədbirlərini planlaşdırmaq və zəruri hallarda eskalasiya etmək
- Əhatə dairəsi, vaxt qrafiki, büdcə və tələblər üzrə dəyişiklikləri qiymətləndirmək, razılaşdırmaq və sənədləşdirmək
- Təchizatçıların öhdəliklərini, müqavilə üzrə nəticələri, icra müddətlərini və təqdim olunan işlərin keyfiyyətini izləmək
- Test, istifadəçi qəbulu, məlumat miqrasiyası, təlim, istismara buraxılış və təhvil proseslərini əlaqələndirmək;
- Layihə sənədlərini, qərarları, protokolları, hesabatları və qəbul sənədlərini yaratmaq və aktual saxlamaq;
- Layihənin statusu, büdcəsi, riskləri, nəticələri və gözlənilən faydaları barədə rəhbərliyə və maraqlı tərəflərə hesabat vermək
- Layihələrin daxili qaydalara, informasiya təhlükəsizliyi, məlumatların qorunması və keyfiyyət tələblərinə uyğunluğunu təmin etmək, rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək
- Layihənin rəsmi bağlanışını həyata keçirmək, əldə edilən təcrübə və nəticələri sənədləşdirmək; sistemin istismara verilməsini, istifadəçilərə davamlı dəstək (support) xidmətinin təşkilini və sistemin davamlı inkişafının təmin edilməsini əlaqələndirmək.
Tələblər
- Təhsil: İnformasiya texnologiyaları, mühəndislik, iqtisadiyyat, biznesin idarə edilməsi və ya digər müvafiq sahə üzrə ali təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi
- Layihə idarəetmə metodologiyaları (Waterfall, Agile/Scrum), planlaşdırma, büdcə, risk və dəyişikliklərin idarə edilməsi üzrə biliklər
- Biznes təhlili, tələblərin idarə edilməsi, proqram təminatının həyat dövrü, test və istifadəçi qəbulu prosesləri üzrə biliklər
- Biznes və korporativ informasiya sistemləri, sistem inteqrasiyaları və məlumat mübadiləsi prinsipləri haqqında ümumi texniki biliklər
- PMP, PRINCE2, Agile/Scrum və ya analoji sertifikatların olması üstünlükdür
- Effektiv ünsiyyət və əməkdaşlıq bacarığı
- Analitik və sistemli düşünmə bacarığı
- Vaxtın və resursların idarə edilməsi
- Konfliklərin və dəyişikliklərin idarə edilməsi
- Dil bilikləri: Yaxşı səviyyədə İngilis və ya Rus dili biliyi
- Kompüter bilikləri: MS Office proqramları, layihə və proseslərin idarə edilməsi alətləri (MS Project, Jira/Confluence), proseslərin modelləşdirilməsi (MS Visio, BPMN/Camunda).