İşin təsviri
- Sahənin ərazisində yolun cari təmiri ilə məşğul olan məntəqələrdə kiçik maşın və mexanizmlərin hesabatını aparmaq və onların gündəlik təmiri ilə məşğul olmaq;
- Kiçik maşın və mexanizmlərin işləmə qaydalarını yol briqadirlərinə və yol montyorlarına öyrətmək, AB-2, AB-4 markalı səyyar elektrik stansiyası ilə iş icra olunarkən müvafiq işə nəzarət etmək və yol işçilərinin təhlükəsiz iş mühitini təmin etmək;
- Yol maşınının hərəkət qrafikini tərtib edərək idarə rəisinin təsdiqinə vermək, əmr üçün müvafiq planları razılaşdırmaq, onun işinə, hərəkətinə nəzarət etmək və icra olunan işləri sənədləşdirmək;
- Sahənin balansında olan bütün maşın və mexanizmlərin daimi iş prosesini təşkil etmək, kiçik təmirini etmək, onların yanacaq hesabatını aparmaq;
- İstehsalatda istifadə olunan materialların və ehtiyat hissələrinin alınmasın üçün verilən sifarişi təmin etmək;
- Təmir arası istifadə olunan alətlərə, onların dözümlülüyünə texniki nəzarət etmək;
- Avadanlıq və aparatların, ayrı-ayrı detalların vaxtından əvvəl sıradan çıxma səbəblərini aşkar etmək məqsədilə onların iş şəraitini tədqiq etmək;
- Yeni texnikanın tətbiqinin və inkişaf etmiş texnologiyanın, səmərəliliyi təmin edən təkliflərin və ixtiraların iqtisadi effektivliyinin əsaslandırılmasında iştirak etmək;
- Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiya və iş yerlərinin rasionallaşdırılması, ağır həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqi üzrə müvafiq işlərdə iştirak etmək;
- Müəssisədə öz fəaliyyətinə dair rəhbərliyin qərar və layihələri ilə tanış olmaq, öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;
- Səlahiyyətinə aid olan məsələlərlə bağlı rəhbərlik və sahənin bütün struktur bölmə nümayəndələrilə qarşılıqlı fəaliyyət həyata keçirmək;
- Mövcud normativ-hüquqi aktlara əsasən müvafiq sənədləşdirilməni icra etmək;
- Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək.
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə Ali təhsil;
- Azərbaycan dəmir yollarının texniki istismar Qaydaları;
- Azərbaycan dəmir yollarının işarəvermə Təlimatı;
- Qatarların hərəkəti və manevr işi haqqında təlimatlara dair biliklər
- Resursların idarə edilməs, Müstəqil işləmə, Problem həll etmə bacarığı.
- Kompüter biliyi: Microsoft Office proqramları ilə işləmək.