İşin təsviri
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
- Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək;
- İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
- Departamentin rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
- Mühasibatlıq sənədlərinin 1C mühasib proqramına daxil etmək;
- Departamentin ay üzrə təqdim olunan bank cədvəllərini əmək haqqı hesablanması cədvəli ilə uyğunluğunu yoxlamaq;
- Ezamiyyətə gedən işçilərin gündəlik və kommunal xərclərinin ödənilməsi üçün ezamiyyə vərəqələrinə uyğun hesabatı işçilərdən qəbul etmək və nəzarəti həyata keçirmək;
- Şirkətin anbarı üzrə mal-materialların uçotunu aparmaq, sahələr üzrə mal-material hesabatların qəbul etmək və yoxlamaq;
- Materialların, yanacağın, pul vəsaitlərinin sərf olunmasının düzgünlüyünə nəzarət etmək.
Tələblər
- Təhsil: müvafiq sahə üzrə ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə ən az 1 il stajı arzuolunandır;
- Dil bilikləri: Yaxşı səviyyədə ingilis və ya rus dili arzuolunandır;
- Sertifikat: ACCA (F3, F7) arzu olunandır;
- Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları;
- Mühasibat hesabının metod və formaları, uçot və hesabatına dair biliklər;
- Hesabatların plan və korrespondensiyasına dair biliklər;
- Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilinə dair biliklər;
- Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları;
- Hesablama texnikasının istismarı qaydaları;
- Analitik düşüncə;
- Nəticəyönümlülük;
- Peşəkar ehtiyatlılıq;
- Vaxtın effektiv idarə edilməsi;
- Problem həlletmə;
- Diqqətlilik.