İşin təsviri
- Neft, mazut, qətran və digər qatı mayelər vuran nasos qurğularına xidmət etmək;
- Mühərrik və nasosları işə salmaq və dayandırmaq;
- Qurğu və avadanlıqların işindəki nasazlıqları aşkar etmək və aradan qaldırmaq;
- Qurğunun işi haqqında texniki uçot və hesabat aparmaq;
- Nasos avadanlığının cari təmirini yerinə yetirmək;
- Orta və əsaslı təmirdə iştirak etmək;
- Nasosla texniki meydançalardan vurulan neftin təzyiqinə nəzarət etmək;
- Nasosların işi haqqında qeydləri aparmaq;
- İş yerində SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) qaydalarına riayət etmək.
Tələblər
- Müvafiq sahə üzrə peşə təhsili;
- Nasos qurğularının istismarı üzrə sertifikat və ya vəsiqə;
- Nəzarət-ölçü cihazlarının təyinatı və tətbiqi şərtləri barədə biliklər;
- Nasos qurğularının quruluşu və konstruksiyası haqqında biliklər.