İşə başlamazdan əvvəl nasos və avadanlıqlara vizual baxışın keçirilməsi və onların sazlığını, texniki tələblərə uyğunluğunu yoxlamaq;
Nasosların və digər köməkçi hissələrin işlək vəziyyətdə saxlanılması üçün zəruri tədbirləri yerinə yetirmək;
Aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün birbaşa rəhbərinə vaxtında məlumat vermək;
Ümumi iş prosesində plansız dayanmaların qarşısının alınması məqsədilə periodik təmir ehtiyaclarının qarşılanması üçün birbaşa rəhbərinə məlumat vermək;
İş yerinin və avadanlıqların təmiz və səliqəli saxlanılmasına əməl etmək;
Qəza hallarında qəzaların ləğvi planına uyğun hərəkət etmək;
İş prosesi zamanı əməyin mühafizəsi qaydalarına əməl etmək.
Tələblər
Təhsil: Ümumi orta təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
Ümumi yanğın təhlükəsizliyi qaydalarına dair biliklər;
Görülən işlərə dair istifadə edilən üsullara dair biliklər;