Operativ işlər və hərəkətin təhlükəsizliyi üzrə mütəxəssis (“Cənub Yük Terminalı” MMC)

İşin təsviri

Təsvir

  • Yük qəbulu, yükləmə, boşaltma və daşımaların icrasında fəaliyyət göstərmək;
  • Gələn qatarları çeşidləmək, vaqonların yük əməliyyatına göndərilməsini təşkil etmək;
  • Qatarların qəbul edilib göndərilməsini və manevr işlərinin təşkilini təmin etmək, yük daşımaları və əməliyyat proseslərinin düzgün şəkildə həyata keçirilməsinə dəstək göstərmək və əməliyyat sahəsində iştirak etmək;
  • Stansiya yollarında duran vaqonları özbaşına hərəkətə gəlməməsi üçün düzgün və etibarlı bərkidilməsini təmin etmək;
  • Tormoz başmaqlarını xüsusi yollararası sandıqçalarda və stelajlarda saxlamaq;
  • Park yollarında tormoz başmaqlarının qoyulması, götürülməsi və saxlanma vəziyyəti barədə tormoz başmaqlarının qeydiyyat kitabında qeydiyyat aparmaq.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə təcrübə üstünlükdür;
  • Qatarların hərəkəti və manevr işinə dair Təlimat, Yükləmə və boşaltma əməliyyatları, daşıma qaydaları üzrə biliklər;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına dair məlumatlılıq;
  • Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.