Növbədə olarkən keçidə nəzarət funksiyalarını yerinə yetmək.Əraziyə daxil olan şəxslərin, nəqliyyat vasitələrinin zəruri sənədlərinin olub olmamasını yoxlamaq, qeydiyyatını aparmaq və xüsusi formaya məlumatları əlavə etmək;
Əraziyə daxil olan şəxsləri “qonaq kartı” ilə təmin etmək və ərazidən çıxan şəxslərdən kartı geri almaq;
Əraziyə daxil olan kənar şəxsləri təhlükəsizlik barədə məlumatlandırmaq və şəxslərin təlimatı alması barədə müvafiq qeydlər aparmaq;
Növbə zamanı riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirləri görmək;
Baş verən hadisələr barədə rəhbərliyinə vaxtlı-vaxtında məlumat təqdim etmək və müvafiq qeydiyyatlar aparmaq;
Mühafizə sahəsi üzrə rəhbər, onu müşayiət edən şəxslər, ali rəhbərlik və daxili nəzarət tədbirlərini həyata keçirən şəxslər istisna olmaqla, digər şəxslərin posta daxil olmasına yol verməmək;
Zərurət yarandıqda mühafizəçinin vəzifə öhdəliklərini icra etməklə təyin edilmiş posta xidmətə cəlb olunmaq;
Liman ərazisinə gələn qonaqlara, ziyarətçilərə sətəm departamenti tərəfindən hazırlanmış əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə video təlimat ilə tanış olmasını təmin etmək və təlimatın keçirildiyinə dair müvafiq qeydiyyat aparmaq;
Rəhbəri tərəfindən verilən digər tapşırıqları səlahiyyətləri çərçivəsində yerinə yetirmək.
Tələblər
Təhsil tələbi: Ümumi orta təhsil;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını bilməlidir;
Fəaliyyəti ilə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini bilməlidir;
Cəmiyyətin qərarlarını, sərəncamlarını, əmrlərini, aidiyyəti metodiki, normativ-hüquqi materialları;
“Bakı beynəlxalq dəniz ticarət limanı” qapalı səhmdar cəmiyyətinin daxili intizam qaydaları”nı bilməlidir.