İşin təsviri
- Gələn zənglərin qəbul edib paylaşdırmaq;
- Departament rəhbərinin imzalaması üçün sənədləri və şəxsi ərizələri qəbul etmək;
- Rəhbərin işi üçün zəruri olan sənədləri və materialları hazırlamaq;
- Rəhbərin telefon danışıqları aparmasını təmin etmək, onun yerində olmadığı halda alınmış məlumatları qeyd etmək, ona çatdırmaq;
- Surətçıxarma aparatı vasitəsi ilə sənədlərin surətlərini çıxarmaq;
- Bölmənin fəaliyyət sahəsi ilə bağlı olan məsələlərlə əlaqədar səmərəliliyi artırmaq və çatışmazlıqları aradan qaldırılması üzrə təkliflər hazırlamaq və bölmə rəisinə təqdim etmək;
- Rəhbərlik tərəfindən Bölmənin fəaliyyəti ilə bağlı müəyyən olunmuş digər zəruri vəzifə və funksiyaları icra etmək; Birbaşa rəhbərinə aylıq olaraq görülmüş işlər barədə hesabat vermək;
- Rəhbər tərəfindən aparılan iclasların və müşavirələrin hazırlanması üzrə işin (zəruri materialların toplanılması, iştirakçıların tədbirin keçirilmə vaxtı və yeri, gündəliyi və qeydiyyat barədə məlumatlandırılması) yerinə yetirmək;
- Rəhbərin iş yerini zəruri təşkilati texnika ilə, dəftərxana ləvazimatları ilə təmin etmək, onun effektiv işinə imkan verən şəraiti yaratmaq;
- Qonaqların qəbulunu təşkil etmək, işçilərin xahiş və təkliflərinə baxılmasının operativliyinin təmin etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali;
- Kompüter bilikləri: MS Office (sərbəst);
- Dil bilikləri: rus\ingilis (üstünlükdür);
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər
- İşguzar ünsiyyət qaydaları;