İşin təsviri
Təsvir
- Təşkilatın kəmiyyət və keyfiyyət gözləntilərinə cavab verən mal və ya xidmətlərin satın alınması ilə bağlı işləri görmək;
- Biznesin satınalma ehtiyaclarının təhlili və konsolidasiyasını həyata keçirmək;
- Müxtəlif satınalma metodlarını tətbiq etməklə bazar araşdırmaları aparmaq;
- Ən aşağı TCO-ya (Sahibliyin ümumi dəyəri) malik potensial təchizatçıları müəyyən etmək;
- Təchizatçının ilkin kvalifikasiyasının aparmaq;
- Təchizatçılarla müqavilə şərtlərinin razılaşdırmaq;
- Alınan qiymət təkliflərin və digər şərtlərin təhlilini aparmaq;
- Müqayisə cədvəllərini hazırlamaq;
- Müəyyən satınalma metodlarının cəlb etdiyi sənədləşmələri aparmaq;
- Satınalma kateqoriyasının xüsusiyyətlərinə uyğun olaraq satınalma strategiyasının təhlili və işlənib hazırlanmasını həyata keçirmək;
- Rəhbərliyin qərarı ilə aidiyyəti digər tapşırıqları icra etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə) ;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il,
- Dil bilikləri: Rus dili / İngilis dili – yaxşı;
- Komputer bilikləri: MS Office – yaxşı
- Azərbaycan Respublikasının Dövlət Satınalmaları Qanununa dair biliklər;
- Təchizat zəncirinin idarə edilməsi üzrə nəzəri biliklər (CİPS);
- Korporativ qaydalara uyğun olaraq satınalma və tender prosesi ilə bağlı sənədləşmələrin aparılması üzrə biliklər;
- Satınalma proqram sistemlərindən istifadə bacarığı;
- Analitik düşüncə;
- Diqqətlilik.