İşin təsviri
- Rəhbərliyin iştirak etdiyi səfərlərin, görüşlərin və tədbirlərin təşkilini təmin etmək, eyni zamanda bu fəaliyyətlərin xronoloji uçotunu aparmaq;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icra statusunu aidiyyəti struktur bölmələrdən mütəmadi olaraq əldə etmək, izləmək və sistemli şəkildə qeydiyyatını aparmaq;
- Tələb olunan hesabat və arayışların müəyyən edilmiş dövrlər üzrə hazırlanmasını, mütəmadi yenilənməsini və vaxtında təqdim olunmasını təmin etmək;
- Qərar və tapşırıqların aidiyyəti struktur bölmələrə operativ şəkildə çatdırmaq, icra prosesinə nəzarət etmək və nəticələr barədə hesabatlılığı təmin etmək;
- Rəhbərliyin iş qrafikinə uyğun olaraq görüşlər, zənglər, qəbullar və digər fəaliyyətləri əhatə edən iş planını hazırlamaq və effektiv icrasını təmin etmək;
- Keçirilən qəbul, görüş, müşavirə və iclasların təşkilati hazırlığını təmin etmək (materialların toplanması, arayış və təqdimatların hazırlanması, iştirakçıların məlumatlandırılması və s.);
- Görüş və tədbirlərdə iştirak edərək qeydlər aparmaq, lazımi tədbirlərin həyata keçirilməsini izləmək və yeniliklər barədə rəhbərliyə məlumat vermək;
- Rəhbərliyə təqdim edilən arayış, hesabat və təqdimatların məzmun və format baxımından uyğunluğunu yoxlamaq, tələb olunduqda təkmilləşdirmək.
Tələblər
- Tәhsil pillәsi: Ali (Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi, Menecment, Beynəlxalq münasibətlər);
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Rus və İngilis dili (yaxşı səviyyədə);
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- Kompüter bilikləri: MS Office (Power Point, Word, Excel, Outlook)-yaxşı səviyyədə;
- Təşəbbüskarlıq və analitik düşüncə bacarıqları;
- Vaxtı səmərəli idarə etmək, komandada işləmək və yüksək kommunikasiya (yazılı və şifahi) bacarıqları;
- Tələb olunduqda ezamiyyətə getmək imkanı.