İşin təsviri
- Təmas şəbəkəsinin və elektrik ötürücülərinin təkmilləşdirilməsi və gücləndirilməsi işlərini təşkil etmək;
- Elektrik təchizatının normal işləməsində, tədbirlər planının hazırlanmasında və açılmaların səbəbinin araşdırılmasında iştirak etmək;
- Əldə olan materiallar və ehtiyyat hissələrinin lazımi miqdarda olmasına nəzarət etmək;
- Təmas şəbəkədə yenidənqurmanı və işin gücləndirilməsini təşkil etmək;
- Sahənin ayrı-ayrı sexlərində mürəkkəb texnologiyalı işlərin təşkil edilməsində iştirak etmək;
- Texniki istismar qaydalarına əməl olunmasına nəzarət etmək;
- Əmək qanunvericiliyinə, istehsalat və əmək intizamına əməl olunmasına nəzarət etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il,
- Texniki istismar və Texniki təhlükəsizlik qaydaları;
- Qatarların hərəkəti və manevr işinin təlimatı;
- Elektrik enerjisinin istehlakçılara verilməsinə görə müqavilələrin bağlanılması qaydaları və dəmir yolu nəqliyyatında enerjiyə nəzarət qaydaları;
- Təmas şəbəkənin qidalanma sxemi, avtobloklama, dartı yarımstansiyaların enerji təchizatının xarici vəziyyəti və sxemlərinə dair biliklər;
- Montaj sxemlərin, idarəetmə sxemləri, yarımstansiya avadanlıqlarının qorunması və avtomatlaşdırılması, sahə daxilində postların seksiyalanmasına dair biliklər;
- Elektrik stansiyaların və elektrik şəbəkə rayonlarının heyyətinin yerli və xüsusi vəzifə təlimatları;
- Resursların idarə edilməsi;
- Diqqətlilik;
- Nəticəyönümlülük .