İşin təsviri
- Şöbənin fəaliyyət sahəsinə aid təlimatların, prosedurların, iş diaqramlarının, metodikanın və digər korporativ sənədlərin hazırlanması və tətbiq edilməsi, digər müvafiq qaydaların işlənib hazırlanmasında yaxından iştirak etmək və aidiyyəti üzrə təqdim etmək;
- Kadr potensialına olan tələbatın təhlilini və proqnozlaşdırılmasını, habelə şirkətin tələblərinə uyğun olaraq insan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılmasını həyata keçirmək;
- Şirkətdə optimal ştat sayının müəyyən edilməsi məqsədilə əməyin ödənilməsi fondu dairəsində illik ştat cədvəli layihələrinin təhlilində iştirak etmək, ştat cədvəllərinin hazırlanması və onlara dəyişiklik edilməsi prosesini icra etmək;
- Şirkətdə mövcud olan vəzifə və peşələr üzrə iş analizlərində iştirak etmək;
- Şirkətdə mövcud olan vəzifə və peşələrin kvalifikasiya, habelə kompetensiya tələblərinin müəyyənləşdirilməsində iştirak etmək;
- Şirkətdə mövcud olan vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılmasını həyata keçirmək və zərurət yarandıqda yeniləmək;
- Şirkətdə mövcud olan vəzifə və peşələr üzrə vəzifə təlimatlarının hazırlanması ilə bağlı işləri icra etmək;
- Vəzifələr üzrə imtiyazların müəyyən edilməsi və zərurət yarandıqda təkmilləşdirilməsi ilə bağlı işləri icra etmək;
- Vəzifələr (peşələr) üçün əməyin ödənilməsi üzrə dərəcələndirmə və mükafatlandırma sisteminin qurulmasında iştirak etmək;
- Şirkətdə əmək haqqı artımı və vakant ştatlar üzrə əmək haqqının təyin edilməsi prosesinin qurulmasında iştirak etmək və icrasını həyata keçirmək;
- Şirkətdə mövcud olan vəzifə və peşələr üzrə kritik vəzifələrin müəyyən edilməsində iştirak etmək;
- Ştat sorğularını elektron informasiya sistemi və şirkət daxilində istifadə olunan proqram təminatı üzərindən icra etmək;
- Təşkilati strukturun vizual təsvirini hazırlamaq və güncəl vəziyyətdə saxlamaq;
- İnsan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması, bununla bağlı zəruri texniki platformanın hazırlanmasınında iştirak etmək, rəy və təkliflər vermək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür);
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
- Xarici dil: İngilis dili və Rus dili – üstünlükdür;
- Kompüter bilikləri: MS Office (sərbəst);
- Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə dair biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;
- Təşəbbüskarlıq, planlaşdırma, analitik düşünmə, diqqətli işləmə bacarığı.