İşin təsviri
- Tikinti sahəsində bütün növ işlərin layihəyə, təhlükəsizlik qaydalarına, tikinti standardlarına, texniki spesifikasiyaya tam uyğun aparılmasına nəzarət etmək və idarə etmək;
- Sahədə görülən işləri koordinasiya etmək;
- Tikinti işlərinin gedişatına, təşkilinə və keyfiyyətinə nəzarət etmək, gündəlik iş tərəqqisini nəzərdən keçirmək və hesabat hazırlamaqla rəhbərliyi məlumatlandırmaq;
- Tikinti işlərində və sahədə işçilərə olan tələbə, materialların hesabatına, sifariş olunmasına ve çatdırılmasına nəzarət etmək;
- Layihədə dəyişikliklər və ya hər hansı razılaşma, rəhbərliyin təlimatları barədə layihəçi-memarlarla, texniki nəzarətçilərlə, subpodratçılarla, təchizatçılarla müzakirələr aparmaq;
- Layihənin sahə işlərinə plan üzrə nəzarət və idarə etmək;
- İşlərin yerinə yetirilməsi məqsədi ilə tabelikdə olan struktur bölmələrə və ya işçilərə rəhbərlik etmək;
- Tikinti sahəsində olan zərərləri, hadisələri, gecikmələri araşdırmaq, koordinasiya etmək və bunlara qarşı düzgün tədbirlərin görülməsini təmin etmək;
- Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, daxili əmək intizamı qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək;
- Texniki və mühəndislik problemlərini həll etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Layihələrin idarə edilməsi və keyfiyyət standartları metodikaları üzrə biliklər;
- Planlama, analitik düşüncə, kommunikasiya, risklərin idarə edilməs bacarıqları;
- Rəqəmsal bacarıqlar: MS Office, Autocad, MS Project;
- Dil bilikləri: İngilis dili, Rus dili.