İşin təsviri
- İşə başlayarkən öz sahəsi üzrə daxil olan əmr və göstərişlərlə tanış olmaq;
- İşə başlamazdan əvvəl əməyin mühafizəsi sahəsində təlimat almaq;
- Lazım olan alət və şablonların, siqnal vasitələrinin, xüsusi geyim və ayaqqabıların sazlığını yoxlamaq;
- Stellajlarda lazımi vaqon detallarının və materiallarının olmasına nəzarət etmək;
- Vaqonların texniki vəziyyətini yoxlamaq, aşkar edilmiş nasazlıqların aradan qaldırılmasını təmin etmək;
- Zəmanət sahələrində qatarların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir işlərinin keyfiyyətinə nəzarət etmək;
- Gələn qatarların qarşılanması, göndəriləcək qatarların müşayiət edilməsi və hərəkət tərkiblərinə baxış keçirməklə nasazlıqları aşkar etmək;
- VU-23, VU-25 formalı bildiriş vərəqini doldurmaq və təqdim etmək;
- Qatarlarda avtotormozların təmirini və sınağını icra etmək;
- Texniki xidmətdən sonra operatora vaqonun istismara hazır olduğunu bildirmək.
Tələblər
Təhsil – ümumi;
Dəmir yolu və vaqon sistemləri üzrə biliklər;
Məsuliyyətlilik, diqqətlilik və təhlükəsizlik qaydalarına riayət etmək;
Komanda ilə işləmə bacarığı.