İşin təsviri
- Vaqon daşımaları üçün müştəri tərəfindən göndərilən sorğuları operativ və tam cavablandırmaq;
- Dəmiryolu əsaslı və multimodal daşımalar üzrə marşruta uyğun operativ və tam məlumatın, daşıma tariflərinin tərəfdaş şirkətlərdən yığmaq, yük daşınmaları üzrə qiyməti formalaşdırmaq və müştəriyə təqdim etmək;
- İdxal-ixrac, tranzit və daxili daşınmalar üçün tarifləri hesablamaq;
- Yük daşımaları üzrə yeni əmrlər, güzəştlər barədə məlumatlı olmaq, tətbiqini bilavasitə həyata keçirmək;
- Sifarişlərin cəmiyyətin daxili proqram təminatında işlənməsi, müştərilərə daşıma kodlarının təqdim olunması; Vaqon daşımaları ilə bağlı proseslərin təşkili üçün tədbirlər görmək;
- Vaqon daşınmaları üzrə tərəfdaş şirkətlər, terminallar və stansiyalarla, digər infrastruktur sahibləri ilə işləri koordinasiya etmək; Yük daşımanın başlanması üçün lazım olan naryadların, təlimatların və digər lazımi sənədlərin təmin edilməsini həyata keçirmək;
- Cari vaqon daşımaları üzrə dövri hesabatlar hazırlamaq;
- Borclu müştərilərin pul vəsaitlərinin qaytarılmasına nəzarət etmək;
- Vaqon daşımaları üzrə qəbul olunmuş satış siyasətinə, tariflərin hesablama qaydasına riayət etmək;
- Müştərilərlə birbaşa ünsiyyətdə olan digər struktur bölmələrlə qarşılıqlı fəaliyyət göstərmək;
- Öz səlahiyyətinə aid olan məsələlərlə əlaqədar Cəmiyyətin daxili struktur bölmələrinə, onların əlaqədar sorğularına cavab vermək.
Tələblər
- Təhsil pilləsi: Müvafiq sahə üzrə ali təhsil;
- Satış texnikaları sahəsində biliklər
- Marketinq kommunikasiyaları üzrə biliklər
- Bazar iqtisadiyyatının əsaslarına dair biliklər
- Əlaqələndirmə
- Məlumatların idarə edilməsi
- Vaxtın effektiv idarə edilməsi
- Dil bilikləri: Yaxşı səviyyədə rus dili və ingilis dili biliyi üstünlükdür;
- Kompüter bilikləri: Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi.