Vaqonların hərəkət sürət tənzimləyicisi (Bakı)

İşin təsviri

  • Stansiya yollarında duran vaqonların özbaşına hərəkətə gəlməməsi üçün vaqonları tormoz başmqaları ilə düzgün və etibarlı bərkitmək;
  • Manevr işi zamanı qatar tərtibçisinin (yük qatarlarının konduktorunun) digər müvafiq göstərişlərini yerinə yetirmək;
  • Park yollarında tormoz başmaqlarının qoyulması və götürülməsinin vəziyyətini tormoz başmaqlarının qeydiyyatı kitabında qeydiyyat aparmaq;
  • Tormoz başmaqlarını rəngləmək, müəyyən müəyyən edilmiş damğaya malik olmasını və xüsusi yollararası sandıqcalarda saxlanılmasını təmin etmək;
  • Yollarda və yoldəyişinlərdə nasazlıq aşkar edildikdə stansiya növbətçisinə və ya təpə növbətçisinə dərhal məlumat vermək;
  • Posta məxsus olan inventarların və sənədlərin qorunmasını təmin etmək.

Tələblər

  • Təhsil – orta
  • ADY-nin texniki istismar qaydaları üzrə biliklər;
  • ADY-nin İşarəvermə təlimatı üzrə biliklər;
  • Tormoz başmaqlarının qoyulma və götürülmə qaydaları üzrə biliklər.