Vaqonların hesabatı üzrə operator (Yalama)

İşin təsviri

  • Park yollarına qoyulmuş hərəkət heyəti dayandıqdan, müvafiq qaydada bərkidildikdən, manevr teplovozu açılıb çıxdıqdan sonra mərkəzləşdirilmiş qaydada hərəkət tərkibini çəpərləmək, çəpərlənmənin icrasını səsucaldanla elan etmək və vaqon baxıcısı-təmirçilərinə işə başlamağa icazə vermək;
  • Tormozlar haqqında VU-45 formalı arayışın tərtib edilməsi üçün vaqon baxıcıları-təmirçilərinə müvafiq məlumatları vermək;
  • Vaqonun vaqon baxıcısı-təmirçisi və çilingərlər tərəfindən baxış və təmir işləri başa çatdıqdan sonra digər xidmətlərin operatoru və ya stansiya növbətçisini məlumatlandırmaq;
  • Qatarın hazırlığı barədə vaqon baxıcısı-təmirçisi tərəfindən məlumat aldıqdan sonra xüsusi jurnalda qeydiyyat aparmaq və hazırlıq barədə stansiya növbətçisinə məlumat vermək;
  • Qatar lokomotivinin yaxınlaşması barədə vaqon baxıcı-təmirçilərini xəbərdar etmək, çəpərlərin çıxarılmasını yerinə yetirmək.

Tələblər

  • Təhsil: Orta;
  • Vaqon və konteynerlərin quruluşu üzrə biliklər;
  • Yüklərin xarakteristikası üzrə biliklər;
  • Özüyeriyən maşınların və universal qurğuların quruluşu üzrə biliklər;
  • Vaqonlara texniki xidmətin yerinə yetirilməsi qaydaları üzrə biliklər;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə biliklər.