İşin təsviri
- Sərnişin daşımaları departamentinin İstismar xidmətində hərəkətin təhlükəsizliyinin, etibar edilən əmlakın və daşınan yükün saxlanışının şərtsiz təmin edilməsi, sərnişindaşıma ehtiyacının ödənməsi, resurslardan səmərəli istifadə edilməsi, ətraf mühütin mühafizəsi tələblərinin təmin edilməsi;
- Xidmət keyfiyyətinin yüksəldilməsi, eləcədə standart, qeyri standart və qəza hallarında operativ fəaliyyət göstərilməsi istiqamətində AR Qanunvericiliyinə və ADY-nin rəhbəredici sənədlərinə əsaslanaraq texniki təşkilatı tədbirlər layihələrinin işlənib hazırlanmasını təmin etmək;
- Fəaliyyət istiqamətinə uyğun olaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və digər öhdəliklərin yerinə yetirilməsinin gedişatı, həmçinin cavabdeh icraçıların fəaliyyətləri barədə adiyyatı üzrə rəhbərliyə hesabat vermək;
- Qatar briqadalarının kompetensiyalarının kvalifikasiyalarına uyğunluğunun yoxlanılmasını təmin etmək;
- Fəliyyət istiqamətinə uyğun olaraq hərəkətin təhlükəsizliyini, qatar briqadalarının işinin təşkilini və kollektivlərdə sosial məsələlərin həllini təhlil edib, nəticələr barədə xidmət rəhbərliyinə əsaslı məlumat təqdim etmək;
- Qatar briqadaları üçün şöbə rəhbərlərinin, mütəxəssislərin, mühəndis texniki işçilərinin, nəqliyyat-tədris müəssisələri müəllimlərinin əvvəlcədən iştrakını nəzərdə tutan istehsalat təlimi proqramının hazırlanmasını, texniki tədris bazasının inkşaf proqramının hazırlanmasını və təsdiq edilməsini təmin etmək;
- Qatar briqadaları ilə nəzarət təlimat səfərlərinin müəyyən edilmiş müvafiq müddətlərdə təlimatçılar tərəfindən yerinə yetirilməsini təşkil etmək; Qatar briqadalarının müvafiq tələblərə uyğun olaraq, müəyyən edilmiş vaxtlarda və hallarda tibbi müayinədən keçirilməsinə nəzarəti təmin etmək;
- Aparıcı peşələrə kadrların hazırlanması, qatar briqadalarının ixtisasının artırılması planını xidmət rəisinə təqdim etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 5 il;
- Rəhbərlik üzrə minimum əmək stajı 5 il;
- Qatar briqadalarının iş və istirahət rejmi normalarını bilmək;
- Qeyri standart hallarda istismar proseslərinin operativliyini təmin etmək metodlarını bilmək;
- Qatar briqadalarının pisixofizioloji xüsusiyyətləri, qatarlarda xidmət fəaliyyətinə mənfi təsir göstərən potensial təhdid və hərəkətləri , xidmət keyfiyyətinin yüksəldilməsi üzrə potensial imkanlardan maksimum istifadə etmək qaydaları üzrə məlumat;
- Dəmiryolu nəqliyyatında sosial- mədəni servis fəaliyyəti göstərilməsinə dair tələbləri, sərnişinləri sosial-mədəni xidmətlə təmin etmək üçün metodlar, informasiya təminatı vasitələri və sistemlərini və sosial-mədəni servis fəaliyyətini təmin etmək üçün planların hazırlanmasını və həyata keçirilməsi qaydalarını bilmək.
- Xarici dil: Rus dili – yaxşı;
- MS Office – yaxşı;
- İşin idarə edilməsi və ölçülməsi;
- Başqalarını inkişaf etdirmə;
- Effektiv komanda qurmaq.