İşin təsviri
- Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik sahəsində qüvvədə olan qanunvericilik aktlarını, müvafiq qayda, norma və standartları rəhbər tutaraq vəzifə funksiyalarını icra etmək;
- Avadanlıqların, binaların, qurğuların və digər obyektlərin yanğına qarşı vəziyyətini qiymətləndirmək;
- Yanğın təhlükəsizliyi məsələləri üzrə struktur bölmələrdə planlı və plandankənar nəzarət tədbirlərini həyata keçirmək;
- Ərazilərdə, binalarda, qurğularda, otaqlarda, anbarlarda və nəqliyyat vasitələrində baş vermiş yanğın və yanma hallarının səbəblərini araşdırmaq, müvafiq hesabatlar hazırlamaq;
- İlk yanğınsöndürmə vasitələrinə olan tələbatı müəyyənləşdirmək, onların sayını planlaşdırmaq, mövcudluğuna və saz vəziyyətdə olmasına nəzarət etmək;
- Yanğınların qarşısının alınması və yanğından mühafizənin gücləndirilməsi məqsədilə zəruri tədbirləri hazırlamaq və həyata keçirmək;
- İşçilərlə yanğın-texniki minimum və yanğın təhlükəsizliyi qaydaları üzrə təlim və məşğələlər keçirmək;
- Mövcud qayda, norma və standartlarda nəzərdə tutulmuş yanğın təhlükəsizliyi tədbirləri üzrə təlimatların hazırlanmasında iştirak etmək və yanğına qarşı tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Yanğın profilaktikası üzrə işləri planlaşdırmaq və həyata keçirilməsinə nəzarət etmək;
- Əməyin təhlükəsizliyi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət etmək;
- Təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizlik tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
- Təsdiq edilmiş prosedur, qayda və formaların icrasına nəzarət etmək, aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək.
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə ali təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il stajı
- Dil bilikləri: Yaxşı səviyyədə ingilis və ya rus dili arzuolunandır
- Rəqəmsal bacarıqlar: MS office (yaxşı səviyyədə)
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi
- Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları
- Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu
- Peşəkar ehtiyatlılıq
- Planlaşdırma və təşkilatçılıq
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Risklərin idarə edilməsi
- Diqqətlilik.