İşin təsviri
- Baş və qəbul göndərmə yollarında yerləşən yoldəyişənləri normal vəziyyətdə saxlamaq;
- Yoldəyişənləri təmiz saxlamaq, stansiya növbətçisi tərəfindən göstəriş aldıqda manevr işləri zamanı marşrutların düzgün hazırlanmasına əmin olmaq və nəzarət etmək;
- Normal olmayan vəziyyət aşkar edilərsə təcili manevr dispetçerinə və stansiya növbətçisinə məruzə etmək; İnsan həyatı və hərəkətin təhlükəsizliyinə aid təhlükəli şərait yaranan zaman qatarın saxlanılması üçün tədbir görmək;
- Yoldəyişənin nasazlığının aşkarı zamanı təcili stansiya növbətçisinə məlumat vermək;
- Yoldəyişənlərdə yaranmış nasazlıq hərəkətin təhlükəsizliyinə maneə yaradarsa, yoldəyişən üzərindən hərəkəti təcili dayandırmaq, qırmızı siqnal işarəsi qoymaq və stansiya növbətçisinə xəbər vermək;
- Güclü küləkli havada hərəkət tərkibinin etibarlı bərkidilməsini yoxlamaq.
Tələblər
- Təhsil səviyyəsi: Ümumi təhsil
- İş rejimi: Növbəli
- İş təcrübəsi: sahə üzrə 1 il
- Azərbaycan dövlət dəmiryolunun texniki istismar qaydaları üzrə biliklər;
- Azərbaycan dövlət dəmiryolunun Qatarların hərəkəti və manevr işinə dair təlimatına əsasən işləmə bacarığı;
- Azərbaycan dövlət dəmiryolunun İşarəvermə təlimatı barədə məlumatlılıq;
- Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.