İşin təsviri
- Plomblanmış və plomblanmamış yüklərin daşınması zamanı naqil burultağının sazlığını yoxlamaq;
- Yüklərin qəbulu, çəkilməsi, yüklənməsi, çeşidlənməsi, yenidən yüklənməsi, boşaldılması, qorunması və verilməsinə nəzarət etmək;
- Vaqon və konteynerlərə plomb nişanlarını vurmaq;
- Plombun hər iki tərəfində plomb nişanlarının aydın görünüşünü təmin etmək və naqillərin bərkidilmə etibarlılığını yoxlamaq;
- Kommersiya nasazlığı barəsində forma QU-23 ümumi formalı akt tərtib etmək;
- Yüklənən və boşalan vaqonların, qəbul və təyinatı üzrə göndərilən vaqonların emal olunması üçün ADY Smart proqramı üzərindən işləmək.
Tələblər
- Təhsil-Ümumi təhsil;
- Növbəli iş qrafiki;
- Yükləmə və boşaltma əməliyyatları üzrə biliklər;
- Daşıma qaydaları üzrə biliklər;
- Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları;
- Diqqətlilik, şifahi ifadə və nəticəyönümlülük kimi şəriştəliliklərə sahib olmalı.