İşin təsviri
- Daşınmaya təqdim edilən yüklərin daşıma sənədlərinin yük göndərən tərəfindən doldurmasını yoxlamaq;
- Göndərməyə qəbul olunan yükləri rəsmiləşdirmək;
- Stansiyaya qəbul olunan yüklərin verilməsini rəsmiləşdirmək;
- Daşıma ilə əlaqədar yüklərin müvafiq ödənişlərini hesablanmaq;
- Yükün daşıma haqqının hesabatı, bütün yığımların, ödəmələrin və cərimələrin tutulması, yüklərin ünvan dəyişməsini yerinə yetirmək;
- Yüklərin daşıma planının operativ yerinə yetirilmə qeydiyyatını aparmaq;
- Yükləmə, boşaltma, dalan yollarında hərəkət tərkibinin boş dayanması hesabatını tərtib etmək;
- Kassa kitabında müvafiq qeydlər aparmaq və kassa hesabatını tərtib etmək;
- Hesabat blanklarının saxlanılması təmin etmək və onların hesabatını aparmaq;
- ADY rəhbərliyi tərəfindən təsdiq edilmiş tarif qaydalara dəyişikliklərin və əlavələrin edilməsini izləmək;
- Yüklənən və boşalan vaqonların emal olunmasını “ADY” SMART proqramı üzərindən işləmək.
Tələblər
- Ümumi təhsil;
- Növbəli iş qrafiki;
- ADY-nın Texniki istismar qaydaları üzrə biliklər;
- ADY Qatarların hərəkəti və manevr işinə dair təlimat üzrə biliklər;
- Yük daşıma qaydaları üzrə biliklər;
- Diqqətlilik, məlumatların idarə edilməsi kimi səriştələrə sahib olmalı.