İşin təsviri
- Layihənin mühəndislik aspektlərinin gündəlik həyata keçirilməsinə nəzarət etmək;
- Layihə komponentlərinin layihələndirilməsi və quraşdırılması, habelə materialların təchizatı və s. ilə əlaqədar işlərin tənzimlənməsi üçün məsləhətçilər, podratçılar və təchizatçılar ilə işləri əlaqələndirmək;
- Podratçıların təqdim etdiyi texniki sənədlərin, habelə texniki dəstək üzrə məsləhətçi şirkətlər və digər məsləhətçilər tərəfindən təqdim edilən hesabatlar və işlərin nəticələrini nəzərdən keçirmək;
- Layihə sənədlərinin təsdiq olunması və təlimatların (Texniki İstismar Qaydaları və Texniki Qulluq Qaydaları) ADY-nin texniki terminlərinə uyğunlaşdırılması işlərinin həyata keçirmək;
- Layihə sənədlərinin keyfiyyətini və Podratçıların gördüyü işlərin layihə sənədlərinə uyğun icrasını təmin etmək məqsədilə Tikinti işlərinə Nəzarət üzrə Məsləhətçiyə müntəzəm olaraq nəzarət etmək;
- Əraziyə nəzarət üzrə işçi heyəti ilə gündəlik əlaqə saxlamaq;
- Həvalə olunan işlərlə bağlı Tikintidə texniki nəzarət şöbəsinin müdirinə hesabatları hazırlayıb vermək;
- Texniki şərtlərin və texniki təkliflərin qiymətləndirilməsində iştirak etmək;
- Bölmənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək, bölmənin əməkdaşları barəsində mükafatlandırma və intizam tənbehi tədbirləri görülməsi üçün departamentin rəhbərliyinə təqdimatlar vermək;
- Layihənin həyata keçirildiyi ərazilərə baxış keçirmək və işlərin gedişatında monitorinq aparmaq;
- Podrat və cəlb olunmuş subpodrat təşkilatlar tərəfindən ay ərzində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktlarını yerində yoxlamaq, qəbul etmək, həcmləri təyin etmək və Forma 2 sənədlərini yerində yoxlamaq.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Proqram bilikləri: MS Office, MS Visio, MS Project;
- Dil bilikləri: İngilis dili, Rus dili;
- İstehsalatın konstruktor hazırlığı üzrə qərar sərəncam və əmrləri, metodiki normativ və başqa rəhbər materiallar barədə məlumatlılıq;
- Konstruksiyalara qoyulan texniki tələblər barədə məlumatlılıq;
- Konstruksiyanın qurulmasında texniki hesabat metodları, konstruksiyada istifadə olunan materiallar və onların xüsusiyyətləri barədə məlumatlılıq.