İşin təsviri
Təsvir
Omnichannel layihəsi üzrə biznes ehtiyacları ilə texniki həllər arasında əsas əlaqələndirici rolunu icra etmək;
Müxtəlif kanalları əhatə edən mövcud biznes proseslərini və müştəri təcrübəsini dərin təhlil etmək, problemləri və sistem boşluqlarını müəyyənləşdirmək;
Biznes tərəfləri ilə birbaşa işləyərək tələbləri formalaşdırmaq, dəqiqləşdirmək və prioritetləşdirmək;
Kompleks biznes ehtiyaclarını aydın, strukturlaşdırılmış və icra oluna bilən funksional tələblərə çevirmək;
Omnichannel platformalar üzrə sistemlərin necə işləməli olduğunu ümumi məntiq səviyyəsində təsvir etmək;
Müxtəlif sistemlər arasında məlumat axınlarını, inteqrasiya məntiqini və asılılıqları izah etmək;
Layihə boyunca tələblərin düzgün başa düşülməsini və texniki icra zamanı düzgün tətbiq olunmasını təmin etmək;
Tələblərdə yaranan dəyişikliklərin təsirini qiymətləndirmək və düzgün şəkildə idarə olunmasına
dəstək vermək;
Texniki və qeyri-texniki tərəflər arasında kommunikasiyanı təmin etmək, qərarların verilməsinə
analitik dəstək göstərmək;
Yeni funksiyaların biznes məqsədlərinə uyğunluğunu yoxlamaq və qəbul prosesində aktiv iştirak etmək;
Test mərhələsində biznes baxımından yoxlamalara rəhbərlik etmək, uyğunsuzluqları müəyyənləşdirmək;
Layihə üzrə əsas riskləri, boşluqları və məhdudiyyətləri əvvəlcədən müəyyən edərək idarə olunmasına töhfə vermək;
Funksional sənədlər, proses təsvirləri və izah materiallarını hazırlanmasını təmin etmək;
Layihə üzrə rəhbərlik və əsas maraqlı tərəflər üçün analitik hesabatlar və təqdimatlar hazırlamaq;
Omnichannel layihəsinin daha səmərəli və dayanıqlı qurulması üçün proses təkmilləşdirmələri təklif etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali
Biznes analitika və ya müştəri ilə əlaqəli proseslərin optimizasiyası sahəsində minimum 3 il iş təcrübəsi;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Təqdimat bacarıqlar
Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
Danışıqların aparılması bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək).
Texniki bacarıqlar :
Müştəri və Omnichannel platformaları :
CRM sistemləri (Salesforce, Microsoft Dynamics, SAP CRM və ya oxşar)
CDP və müştəri məlumat platformaları (Tealium, Adobe, Segment və ya oxşar)
Çağrı mərkəzi və müştəri xidmətləri sistemləri (Genesys, Avaya, Zendesk və ya oxşar)
Analitika və hesabat alətləri:
Microsoft Excel (advanced səviyyədə)
Power BI, Tableau və ya oxşar analitika və dashboard alətləri
Google Analytics və ya oxşar istifadəçi davranışı analiz alətləri
Tələblərin idarə olunması və sənədləşmə:
Jira və ya oxşar tələblərin və task-ların idarə olunması sistemləri
Confluence və ya oxşar sənədləşmə platformaları
Proses və axın diaqramları üçün alətlər (Miro, Microsoft Visio, Draw.io)
Sistemlər və inteqrasiya anlayışı:
API və sistemlərarası inteqrasiya məntiqi (REST, məlumat axınları – kod yazmadan)
Web və mobil tətbiqlərin iş prinsipləri:
İdentifikasiya və giriş sistemləri (SSO, istifadəçi profilləri, əsas təhlükəsizlik məntiqi)
Test və keyfiyyətə nəzarət:
UAT proseslərinin təşkili və sənədləşdirilməsi
Test ssenarilərinin izlənməsi üçün alətlər (TestRail, Jira və ya oxşar)
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı