İşin təsviri
- Mühafizə edilən məhdud girişli zonalara daxil olan sərnişinlərə, ekipaj üzvlərinə, personala, onların əl yüklərinə, baqajına və nəqliyyat vasitələrinə aviasiya təhlükəsizliyinə dair baxış keçirmək;
- Hava gəmisində daşınması qadağan olunmuş əşya və maddələrin məhdud girişli zonalara keçirilməsinin qarşısını almaq;
- Nəzarət edilən və mühafizə edilən məhdud girişli zonalarda buraxılış nəzarəti tədbirlərini həyata keçirmək;
- Aviasiya təhlükəsizliyi baxışı zamanı istifadə olunan texniki vasitələrdən düzgün istifadə etmək və onların işlək vəziyyətini təmin etmək;
- Şübhəli əşya və ya hallar aşkar edildikdə dərhal böyük inspektora və ya növbə rəisinə məlumat vermək;
- Xidmət zamanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
Tələblər
- Ali təhsil (Milli Aviasiya Akademiyasının məzunlarına üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili (əla) , ingilis dili (orta), əlavə xarici dil biliyi üstünlük hesab edilir;
- Məhkumluq və zərərli vərdişlərin olmaması;
- Psixoloji və fiziki cəhətdən sağlam;
- Həqiqi hərbi xidmət keçmiş;
- 20-35 yaş arası qadın və kişi namizədlər;
- Boy göstəriciləri: kişi namizədlər üçün 1.75 sm, qadın namizədlər üçün 1.65 sm az olmamalı);
- Məsuliyyətli, detallara qarşı diqqətli, çalışqan;
- Yüksək ünsiyyət və danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Əlavə iş şərtləri:
- İş rejimi: Növbəli
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
- Geyim üslubu: Xüsusi geyim forması