İşin təsviri
- YSM və xüsusi mayelərin qəbulu, saxlanması və verilməsi proseslərini müəyyən edilmiş normativ sənədlərə uyğun təşkil etmək;
- YSM və xüsusi mayelərin kəmiyyət və keyfiyyət göstəricilərinin qorunmasını təmin etmək;
- YSM üzrə mədaxil, məxaric, uçot və inventarlaşdırma sənədlərinin düzgün və vaxtında aparılmasını təşkil etmək;
- Anbar ərazisində obyektdaxili rejimin, buraxılış qaydalarının və maddi dəyərlərin mühafizəsini təmin etmək;
- Tabeçilikdə olan işçilərin fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və icra intizamına nəzarət etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası qaydalarına riayət olunmasını təmin etmək;
- YSM anbarının fəaliyyəti üzrə hesabatların hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini həyata keçirmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr);
- Minimum 3–5 il anbar və ya istehsalat sahəsində təcrübə. Yanacaq, neft məhsulları və ya aviasiya sektorunda təcrübə üstünlükdür:
- Problemi həll etmə, analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- İdarəetmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Təqdimat bacarıqları;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı), Rus dili (yaxşı).
İş qrafiki:
- Növbəli
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı