“AzalOil” YSM idarəsi / Xüsusi avtomobilin sürücüsü

İşin təsviri

  • Xüsusi yanacaq avtomobillərini idarə eləmək, xəttə çıxmazdan əvvəl xüsusi avtomobili və onun xüsusi avadanlığının texniki vəziyyətini yoxlamaq;
  • 3-cü sinif (tez alışan maddələrin) təhlükəli yükləri “AzalOil” YSM İdarəsinin müxtəlif rayonlardakı şöbələrinə daşımaq;
  • Hava gəmilərinə yanacaq doldurmaq, aerodromda (perronda) xüsusi maşınların hərəkət qaydalarını bilmək və onlara ciddi riayət etmək, hava gəmilərinə düzgün yanaşmağı və ondan uzaqlaşmağı bacarmaq;
  • Briqadaya təhkim edilmiş xüsusi avtomobillərin quruluşunu, istismar və texniki xidmətin qayda və xüsusiyyətlərini bilmək, yol vərəqələrini düzgün, vaxtında və səliqəli rəsmiləşdirmək;
  • Xüsusi avtomobillərin istismarı zamanı əmək təhlükəsizliyi tələblərini bilmək və onlara ciddi riayət etmək.

Tələblər

  • Təhsil: Peşə ilə bağlı təhsil;
  • İş təcrübəsi: minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan dili əla;
  • Sürücülük vəsiqəsi: BCDE;
  • Hərbi mükəlləfiyyət: yararlı;
  • Fikrini izah etmək qabiliyyəti;
  • İşə planlı yanaşma;
  • Komandada işləmək bacarığı

İş rejimi: Növbəli

İş yeri:Heydər Əliyev Beynəlxalq Hava Limanı