İşin təsviri
- Növbə ərzində YSM və xüsusi mayelərin qəbulu, saxlanması, keyfiyyətinə nəzarət və hava gəmilərinə verilməsi proseslərinin qüvvədə olan normativ sənədlərə uyğun təşkilini təmin etmək.;
- Növbə şəxsi heyətinin fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və icra intizamına nəzarət etmək;
- Yanacaq doldurma texnoloji avadanlıqlarının, hərəkət edən doldurma vasitələrinin və ölçü cihazlarının texniki vəziyyətinə nəzarət etmək və istismara buraxılmasını təmin etmək;
- Kondisiyaya uyğun olmayan YSM və xüsusi mayelər aşkar edildikdə operativ qərar qəbul etmək və rəhbərliyə dərhal məruzə etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası qaydalarına riayət olunmasını təmin etmək;
- Növbə üzrə uçot, hesabat və mədaxil-məxaric sənədlərinin düzgün və vaxtında tərtib edilməsinə nəzarət etmək;
- Fövqəladə hallar, gecikmələr və texnoloji proses pozuntuları ilə bağlı araşdırmalarda iştirak etmək və qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali (Bakalavr);
- YSM sahəsində minimum 3 il iş təcrübəsi;
- Kimyəvi sınaq laboratoriyalarında iş təcrübəsi üstünlükdür;
- Problemi həll etmə, analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
- İdarəetmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Təqdimat bacarıqları;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı), Rus dili (yaxşı).
İş qrafiki:
- Növbəli
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı